Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.

TASS xəbər verir ki, nota İrəvanın “Surmalu” ticarət mərkəzindəki partlayışla bağlı Ermənistan mediasının Rusiyanın fərqli strukturlarını ittiham etməsinə görə verilib.

"Avqustun 14-də "Surmalu" ticarət mərkəzindəki partlayışla bağlı yerli informasiya məkanında Rusiya strukturlarının ünvanına iftira və yalan ittihamlar yer alan məlumatlardan dolayı hiddətimizi bildiririk", - deyə açıqlamada deyilir.

Rusiya səfirliyi tirajlanan belə informasiyaların bəzi siyasi qüvvələr tərəfindən Rusiya-Ermənistan müttəfiq münasibətlərinin pozulmasına yönəlmiş təxribat kimi dəyərləndirdiklərini əlavə edib.

Xatırladaq ki, son məlumatlara görə, İrəvandakı “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15, xəsarət alanların sayı 62 nəfərdir.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN