Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Fövqəladə Hallar Nazirliyinin bir neçə vəzifəli şəxsinin intim xarakterli görüntüləri yayılıb.

Qeyd edək ki, artıq məsələ ilə bağlı ilk rəsmi açıqlama da verilib. Belə ki, Baş Prokurorluq qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlayaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verməklə zəruri prosessual hərəkətlər yerinə yetirir.

Hadisə ilə bağlı əldə edilən son məlumatlara görə, videoda yer alan və qadınları çəkmək üçün otağına əvvəlcədən kamera yerləşdirdiyi iddia edilən polkovnik Zaur Mirzəyev görüntülər ictimailəşməmişdən bir neçə gün əvvəl, daha dəqiqi avqustun 8-də öz istəyi ilə işdən azad olunub.

Xatırladaq ki, polkovnik Zaur Mirzəyev istefa verənə qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi olub.

Digər bir məlumata görə, videolarda görüntülənən qadınlarla bağlı bu gün FHN-də iclas keçiriləcəyi gözlənilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN