Daşkəsən rayon sakini Həcər Talıb qızı İsgəndərova 1997-ci ildə ona verilmiş pay torpağının qanunsuz olaraq başqasına satılmasından şikayətçidir.

H.İsgəndərova bildirir ki, rayonun Xoşbulaq kəndində yerləşən özünə məxsus pay torpağı Gəncədə yerləşən notarius rəhbəri Arif və kəndin bələdiyyə sədri Rasim tərəfindən mənimsənilib.

H.İsgəndərova aidiyyəti qurumlara müraciət etsə, şikayətinə baxan yoxdur. O, notarius rəhbəri Arif və bələdiyyə sədri Rasim tərəfindən təhdid olunduğunu da vurğulayır: "1997-ci ildə mənə pay torpaq verilib. Lakin torpaqdan istifadə etməmişdim. Hazırda torpağım əlimdən alınıb, başqasına satılıb. Gəncədə notarius rəhbəri Arif adlı şəxsə satılıb. Atam 1-ci qrup əlil olub. Hazırda dünyasını dəyişib. Rasim və Arif tərəfindən mənə təhdidlər olunur, lazımsız sözlər deyilir. Öz torpağımı geri istəyirəm. Mənə deyirlər ki, bizi məcbur edirsən ki, səni öldürüb torpağa basdıraq, heç kəs də tapa bilməsin. Hazırda məktəbdə xadimə işləyirəm. Maddi vəziyyətim çox ağırdır. Evim yoxdur. Mənə qalan torpaq kimə satılır? Hansı qanunla satılır?.. Bələdiyyə sədri Rasim satıb? Bu bələdiyyə sədri Rasim bir dəfə özbaşınalıq etdiyinə görə həbs edilib. Xahiş edirəm, mənə kömək edəsiniz. Aciz qadınam. Mənə aid olan torpaq başqasına qanunsuz olaraq satılır və orda villa tikilir. Bu nə dərəcədə düzgündür?"

Şikayətçi bildirir ki, dəfələrlə müvafiq instansiyalara müraciət etməsinə baxmayaraq, üzləşdiyi problem hələ də həll olunmayıb: "Hara müraciət edirəmsə, baxılmır. Məhkəmə, vəkil hamı pul istəyir. Ariflə Rasim şikayətimə baxılmasına mane olurlar. Ali savadım yoxdur. Odur ki, mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan xahiş edirəm ki, şikayətimi yerində bizim iştirakımızla obyektiv araşdırılaraq Arif və Rasim adlı şəxslərin barəsində ciddi tədbirlər görülməsinə tapşırıq versinlər".

Məsələ ilə bağlı qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN