ABŞ Rusiya nümayəndə heyətinə viza vermək istəmir, həmçinin Lavrova...

Moskva Vaşinqtondan Rusiya nümayəndə heyətinin Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirakı üçün maneəsiz çıxışını təmin etməyi tələb edir.

Bu fikirləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.

"Əminliklə deyə bilərik ki, biz Sergey Viktoroviç Lavrovu BMT Baş Assambleyasında görmək istərdik. Son illər Birləşmiş Ştatlar BMT xətti də daxil olmaqla, işgüzar səfərlərdə bizim üçün dəfələrlə maneçilik törədiblər", - səfir deyib.

O, vurğulayıb ki, diplomatik nümayəndəlik artıq Ağ Evə və Dövlət Departamentinə Amerikadan BMT-nin baş qərargahının fəaliyyət göstərdiyi ölkənin öhdəliklərini yerinə yetirməsini, Lavrova və bütün ruslara dərhal viza verməsini tələb edən müraciətlər göndərib.

Bildiyimiz kimi, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

...Artıq 6 aydır ki, Ukraynada müharibə gedir. Məhz Ukraynaya hərbi müdaxilədən sonra NATO, Aİ ölkələri, ABŞ da daxil olmaqla Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq ediblər. Rusiya vətəndaşlarının bir çoxunun adı “qara siyahı”ya salınıb.

ABŞ və Rusiyanın münasibətləri də bu baxımdan soyuyub...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN