""OBA" Marketlər Şəbəkəsi yenə də öz ampluasındadir, yalançı kampaniyalarını davam etdirir".

Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mübariz Mirzəyev adlı istifadəçi gileylənir.

Narazı müştəri daha sonra yazır: "5-18 avqust tarixlərində elan olunan kampaniya çərçivəsində Nescafe Gold Kofe (95 qram) məhsulu endirimlə 5,99 manat qiymətinə olmalı idi, lakin ilk gündən indiyə qədər həmin məhsulu həmin qiymətə satışda görən olmayıb.

Özlərindən soruşulsa, deyəcəklər ki, məhsul məhdud sayda idi və qurtarıb.

Bu məhsul isə, ümumiyyətlə, heç bir "OBA" marketdə həmin qiymətə satışda olmayıb".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN