Yerli mətbuat yazır ki, sabiq deputat, yazıçı Hüseynbala Mirələmov növbəti parlament seçkilərində iştirak etmək niyyətindədir.

Bu barədə ona yaxın olan şəxslər bildiriblər. Deyilənlərə görə, H.Mirələmov yenidən ictimai-siyasi həyata qayıtmağa çalışır. H.Mirələmovun sosial şəbəkələrdə Fövqəladə Hallar Nazirliyinin bir neçə vəzifəli şəxsinin intim xarakterli görüntüləri yayıldıqdan sonra belə qərara gəldiyi deyilir. Yəni, belə çıxır ki, H.Mirələmovun etdikləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi polkovnik Zaur Mirzəyevin etdiklərinin yanında toya getməlidir...

Məsələ ilə bağlı sabiq deputatla əlaqə yaradılmağa cəhd edilsə də, o, zənglərə cavab verməyib.

Xatıqladaq ki, 2021-ci ilin aprelin 21-də H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkilib. H.Mirələmov ADNSU-da kafedra müdiri, YAP-ın Xətai rayon təşkilatının sədri vəzifələrindən azad edilib, partiyanın Veteranlar Şurasının üzvlüyündən çıxarılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN