Qadın pulu ailəsi üçün kənara qoymaq istəyirmiş.

Qazaxıstanın Pavlodar vilayətində  kişi ailə münaqişəsini həll etmək üçün polisə müraciət edib.

Vilayət polis idarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, həyat yoldaşı şikayətçinin maaşını əlindən alıb.

 Belə ki, ailə başçısı həyat yoldaşına verməyə hazırlaşmadığı maaşla evə qayıdıb. Lakin pul qadının əlinə keçəndən və kişi öz gücü ilə ondan geri götürə bilməyəndən sonra həyat yoldaşından polisə şikayət edib.

"Ər qazandığını öz ehtiyaclarına xərcləməyi planlaşdırırmış, arvad isə ailəsi üçün nəsə almaq üçün kənara pul ayırıb qoymağı qərara alıbmış", - deyə məlumatda deyilir.

Polis əməkdaşları profilaktik söhbət apararaq mübahisədə vasitəçi qismində çıxış ediblər. Onlar evlərinə gedəndə artıq münaqişə həll olunubmuş...

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN