Oleksey Arestoviç Ukrayna Prezidentinin ofisi rəhbərinin müşavirləri sırasına daxil edilməyib, baxmayaraq ki, özü və Ukrayna mediası onu bu vəzifədə təqdim edir.

Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə Ukraynanın “Tıjden” nəşri Ukrayna dövlət başçısının ofisinin rəsmi sənədinə istinadən məlumat yayıb. Nəşr jurnalist sorğusuna Ukrayna Prezidenti Aparatının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Anna Kilevanın imzası ilə rəsmi cavabı dərc edib.Sənəddə deyilir ki, Ukrayna Prezidenti, onun aparatının rəhbəri Andrey Yermak və onun müavinlərinin 46 daimi və ştatdankənar məsləhətçisi var. Sənəddə bu məsləhətçilərin tam siyahısı verilib. Lakin siyahıda Oleksey Aretoviçin adı yoxdur.

Təəssüf ki, Ukrayna ərazisində müharibə hələ də davam edir...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN