Laçın və daha iki kəndin - Zabux və Susun tamamilə Azərbaycanın nəzarətinə keçməsindən üç gün öncə ermənilər evləri yandırmaq cəhdlərinə ara vermirlər.

“Azadlıq” radiosunun Ermənistan xidməti bildirib ki, avqustun 18-dən yuxarıda qeyd olunan yaşayış məntəqələrində elektrik enerjisi, su və rabitə xətti kəsilib.

Qeyd edək ki, Zabuxun 117 sakini Ermənistana köçüb.

Ötən gün Emma İsaxanyan adlı sakin qürurla bildirib ki, “türklərə qalmasın deyə” öz evini yandıra bilib.

Beləliklə, bu kənddə artıq üç ev yandırılıb. Lakin Azərbaycan yanğınsöndürənləri və polis kəndə daxil olduqdan sonra yanğınlar dayandırılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN