Babək rayonunun Nehrəm qəsəbə sakinləri içməli su üçün bəzən onlarla kilometr yol qət etməli olurlar.

Bu barədə sakinlər məlumat veriblər.

Bildirilib ki, qəsəbəyə bir neçə il öncə Əlincə çayından içməli su çəkilsə də, həmin suyu məmurlar öz əkin sahələrinə yönləndirirlər. Çayın suyu azalalanda sakinlərin içməli suyu tamam kəsilir. Bu zaman içməli su üçün onlar qonşu rayonlara üz tutmalı olurlar.

“50 km yol qət edib, Ordubaddan su aparırıq. Respublika, rayon rəhbərliyindən xahiş edirəm, bizə içməli su versin. Biz gəlib Ordubaddan su daşımalıyıq?! 21-ci əsrdir, camaat kosmosa gedir, kosmosda su axtarırlar, biz Nehrəm kəndində su tapa bilmirik. Nehrəmə su verilsin. Camaat yazıqdır”, - şikayətçi sakinlərdən biri deyib.

Sakinlər onu da bildiriblər ki, bu problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, nəticə olmayıb.

Bəzi qəsəbə sakinləri iddia ediblər ki, susuz saxlamaqla, yerli məmurlar nisbətən aktiv, etirazçı insanları məcburiyyət qarşısında qoyur ki, onlar qəsəbəni tərk etsinlər.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN