Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə və Ukraynanın digər şəhərlərinə mümkün raket hücumlarına cavab olaraq Ukraynanın nə edəcəyini deyib.

“Xüsusilə, Ukrayna güclü şəkildə cavab verəcək və bu cavab daha da artacaq”.

UNİAN-ın məlumatına görə, Zelenski bunu Kiyevdə Polşa prezidenti Anjey Duda ilə birgə mətbuat konfransında deyib.

Prezidentə sual verilib ki, Rusiya Kiyevə raket hücumlarını bərpa edərsə, Ukraynanın reaksiyası necə olacaq? Prezident bildirib ki, belə məsələlər həm mürəkkəb, həm də sadədir.

Dövlət başçısı qeyd edib ki, beynəlxalq tərəfdaşlar tərəfindən mümkün təhlükələr barədə kifayət qədər ümumiləşdirilmiş məlumatlar mövcuddur.

Prezident bildirib ki, Rusiya Federasiyası raket zərbələrinin sayını artıra bilər. Bu, avqustun 23 və 24-də baş verə bilər.

Dövlət başçısı vurğulayıb ki, "əgər bizi vursalar, cavab hər gün daha da artacaq, daha da güclənəcək".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN