Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya ordusunun Ukraynada döyüşmək istəməyən hərbçiləri üçün xüsusi proqram yaratmağı təklif edib.

O, qeyd edib ki, bir rus əsgəri silahı yerə qoysa, bu, ukraynalıların həyatını xilas edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Reuters agentliyinə müsahibəsində danışıb.

"Mesaj budur: özünüzü xilas edin və qaçın. Silahlarınızı yerə qoyun, Ukrayna qoşunlarına təslim olun və yeni həyata başlamaq şansı əldə edin. Əminəm ki, bu təklif təqdirəlayiqdir, çünki bir rusiyalı hərbçi silahını yerə qoysa və getmək qərarına gəlsə, bu, ukraynalıların həyatını xilas etmək və sülhə yaxınlaşmaq deməkdir", - deyə Kuleba bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN