Beynəlxalq Nüvə Enerjisi Agentliyinin (MAQATE) missiyasının üzvləri Zaporojyeyə gəliblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Energoatom” və Almaniyanın “Zeit” qəzeti məlumat yayıb.

MAQATE-nin 14 mütəxəssisindən ibarət komanda 20 maşından ibarət karvanla şəhərə gəlib. Ekspertlər Rusiyanın işğalı altında olan Enerqodardakı Zaporojye AES-ə baş çəkmək niyyətindədirlər.

İşğalçılar bir neçə həftə ZAES-ni atəşə tutdular və bunun üçün Ukraynanı günahlandırdılar. MAQATE dəfələrlə elektrik stansiyasının yoxlanılmasında israr edib. Missiyanın bir neçə gün davam edəcəyi gözlənilir.

Xatırladaq ki, avqustun 30-da MAQATE missiyası Kiyevə gəlib. O, Zaporojye Atom Elektrik Stansiyasının işğalçılar tərəfindən müntəzəm atəşə tutulması ilə əlaqədar ərazini yoxlamağa gedəcək.

Raşistlər səfərə təsir göstərməyə çalışırlar. Onlar MAQATE nümayəndələrinin hərəkət edəcəyi dəhlizləri və Atom Elektrik Stansiyasının peyk şəhəri olan Enerqodarı atəşə tuturlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN