Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Ali Baş Komandanın qərargahının növbəti iclasını keçirib, Ukrayna ərazisinin daha da işğaldan azad edilməsinə dair qərarlar qəbul edib.

Tezadlar.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

O cümlədən, tədbir iştirakçıları cəbhə xəttində əməliyyat şəraiti ilə bağlı məlumatlar dinləyiblər.

“Müdafiə qüvvələrinin Ukrayna ərazisini daha da işğaldan azad etmək üçün fəal hərəkətləri ilə bağlı qərarlar qəbul edilib”, - məlumatda deyilir.

Qoşunların silah-sursatla təminatı vəziyyəti də təhlil edilib.

“Prezident dəqiq silahların və fəal şəkildə irəliləyən bütün lazımi qüvvələrin operativ şəkildə təmin edilməsinin vacibliyini vurğulayıb”, - məlumatda bildirilir.

Bundan əlavə, görüş zamanı iştirakçılar rusların yeni silah növlərinin tətbiqi məsələsinə ayrı-ayrılıqda toxunub və bu cür silahlara qarşı mübarizə planlarını açıqlayıblar.

İclasda müdafiə naziri Aleksiy Reznikov, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov, daxili işlər naziri Denis Monastırski, xarici işlər naziri Dmitri Kuleba, həmçinin İnfrastruktur üzrə Aleksandr Kubrakov, təhlükəsizlik orqanlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, eyni zamanda dövlət başçısının aparatının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov iştirak ediblər.

Görüşə videobağlantı vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski, “Zaxid” Əməliyyat Komandanlığının Qoşunlarının komandanı Serhiy Litvinov, “Pivden” Əməliyyat Komandanlığının Qoşunlarının komandanı Andrey Kovalçuk, Ukrayna Dövlət Sərhəd Xidmətinin sədri Sergey Deyneko da qoşulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN