Cümə günü Moskvada görüş keçirəcək Rusiya prezidenti Vladimir Putinin MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərləri ilə videokonfrans formatında görüşü planlaşdırılır.

Bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosu məlumat yayıb.

“Məşvərətçi orqanın işi çərçivəsində Rusiya Federasiyası Prezidentinin Birlik ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə videokonfrans vasitəsilə görüşü planlaşdırılır”, - məlumatda deyilir.

Bu məlumatı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib. "Bəli, həqiqətən də cümə axşamına planlaşdırılıb", - o, bununla bağlı suala cavab verib.

Xatırladaq ki, cümə günü MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rəhbərləri Moskvada görüş keçirəcək. Tədbirdə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan nümayəndə heyətləri iştirak edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN