booked.netbooked.net booked.net  

Bir müddətdir demək olar ki, hər gün məktəblərdə hansısa hadisə baş verir və beləliklə,  məktəblə bağlı mövzular gündəmdən düşmür.

Bu günkü “qəhrəmanlarımız” isə sinif otağında pomidor –yumurta bişirməklə məktəblərdəki dodaq uçuqladan xəbərlərə möhür vurdular...

Budur, “Beynəlxalq Müəllim Günü”ndə şagirdlərin müəllimlərinə etdikləri bu “sürpriz” isə çətin ki, yaddan çıxa...

Yayılan məlumatlara görə, pomidor- yumurta sevərlərin sinif otağındakı macəraları paytaxtın Xətai rayonu, 48 nömrəli tam orta məktəbdə cərəyan edib.

Beləki, 10-cu sinif şagirdləri müəllimləri dərsə gəlmədiyindən istifadə edərək vaxtlarını yemək bişirərək keçiriblər. Onlar sinif otağına elektrik plitəsi gətirərək pomidor-yumurta bişirib və həmin anları lentə alıblar.

...Daha sonra görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Qeyd edək ki, hələ sovet dövründən məktəblərdə əmək fənni tədris edilirdi. Oğlanlar və qızlar iki qrupa ayrılırdı. Və adətən qız uşaqları həmin dərsdə tikmə-toxuma  və müxtəlif mətbəx işləri ilə məşğul olurdular.

Görünür, bu şagirdlərin də aşbazlığa daha çox meyli olduğu üçün sinif otağında da mətbəx abu-havası yaratmağa çalışıblar.

Fikrimizcə, həmin şagirdləri hansısa üsulla cəzalandırmaq, tənbehləmək lazım deyil. Onların bu həvəsini öldürməmək üçün dərsdən sonra (tədris ilinin sonunadək) məktəbdə biş-düş üçün şərait yaratsınlar və həmin şagirdlər də mətbəx sevərliklərini bu cür isbatlasınlar...

 

Y.MƏMMƏDLİ

 


Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN