Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə
Azərbaycan Turizm və Menecment Universitetində “İnsan Alverinə yol verməyək”layihəsi üzrə “Polisə Dəstək”ictimai birliyinin növbəti ADPU və ADPU-nun Quba, Şamaxı filiallarında sayca 4-cü tədbiri keçirilmişdir. Birliyin sədri Şəmsəddin Əliyevin "Təzadlar"a verdiyi məlumatda qeyd olunur ki, tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, ATMU-nun Karyera şöbəsinin əməkdaşı Lalə xanım Qafarova da iştirak etmişdir.
“Polisə Dəstək”İB-nin sədri Şəmsəddin Əliyev ilk çıxışla tədbiri açıq elan etmişdir. “İnsan Alverinə yol verməyək” layihəsinin rəhbəri Şəmsəddin Əliyev iştirakçılara transmilli mütəşəkkil cinayətkarlığın dünya ictimaiyyəti üçün təhlükə mənbəyinə çevrilməsi, insan alveri cinayətlərinin xüsusilə ağır növü, insan hüquq və azadlıqları, habelə şəxsiyyətin toxunulmazlığı və insanların həyat və sağlamlıqlarına yönələn ictimai təhlükəli əməllər barədə tələbələrə lokanik məlumat və tövsiyələr vermişdir.
A.Məmmədli