Xəbər verdiyimiz kimi, avqust ayında Ukranyanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Pyotr Vrublevski qazax bloger Dias Kuzayirova qalmaqallı müsahibə verib.

Beləki, Ukraynadakı vəziyyətlə bağlı sualı cavablandıran səfir “İndi nə qədər çox rus öldürsək, uşaqlarımız da bir o qədər az öldürməli olacaq” – deyib.

Səfirin bu sözləri həm Qazaxıstanda, həm də  Rusiyada geniş müzakirə mövzusuna çevrildi və narazılığa səbəb oldu. Daha sonra səfir Pyotr Vrublevski Qazaxıstan XİN-ə çağırıldı və onun çıxışına etiraz edildi.

Bundan sonra Pyotr Vrublevski qəbuledilməz fikirlərinə görə üzr istədi.

...Bu gün Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın Qazaxıstandakı səfiri Pyotr Vrublevski ətrafında yaranmış vəziyyətlə bağlı Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhini dərc edib.

“Təəssüf ki, bu Bandera emissarının Astanaya “heç vaxt qayıtmayacağına” dair vədlər yerinə yetirilməyib. Bu personaj  Qazaxıstanın paytaxtında yenidən peyda oldu və açıq-aydın "yalnız ailəsini yığışdırıb aparmaq " üçün deyil. Açıqcasına o, diplomatik nümayəndəliyin rəhbəri kimi diplomatik qəbullarda iştirak edir”, - deyilir.

Qeyd edilir ki, bununla bağlı oktyabrın 4-də Qazaxıstan Respublikasının səfiri Yermek Koşerbayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona belə bir vəziyyətin qəti şəkildə yolverilməz olduğu bildirilib.

Həmçinin “Biz gözləyirik ki, Qazaxıstan tərəfi təkcə Rusiya ilə müttəfiqlik münasibətlərinin ruhuna deyil, həm də öz qanunvericiliyinin tələbinə əməl edərək (Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi - etnik ədavətin qızışdırılmasına görə 7 ilədək həbs cəzası nəzərdə tutur), Kiyevdəki neonasist rejiminin ardınca getməyəcək və bu odious millətçinin tezliklə və birdəfəlik qovulması üçün tədbirlər görəcək”, - deyə Rusiya XİN-nin bəyanatında açıqlanıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN