İki qonşu ölkənin sərhədindəki münaqişəni KTMT sülhməramlılarının həll edəcəyi gözlənilir…

Tacikistanla sərhəddə sülhü qorumaq üçün KTMT-dən kiçik bir kontingent yerləşdirilə bilər.

Sülhün qorunmasına dair belə bir variantı Qırğızıstan Müdafiə Nazirliyinin rəhbəri Baktıbek Bekbolotov təklif edib.

"Mən bu yaxınlarda KTMT-nin baş katibi Stanislav Zas ilə görüşdüm və ona dedim ki, Qırğızıstanla Tacikistan arasında sülh olmayacaq. Niyə? Çünki qırğızların öz həqiqətləri, taciklərin isə öz həqiqətləri var”.

O, vurğulayıb ki,  iki ölkə arasında hakim dayanmayınca, “məsələn, eyni KTMT-dən kiçik kontingent, sülh əldə olunmayacaq”.

Bu barədə nazir Bişkekdə keçirdiyi mətbuat konfransında bildirib.

Sülhməramlılar atəşkəs rejiminə nəzarət edə və tərəflərin sərhədə əlavə qüvvə və texnika yerləşdirməməsini təmin edə bilərdilər.

“Bu problemlər həll olunanda siyasi məsələlər də həll oluna bilər – sərhədin delimitasiyası və demarkasiyası davam etdirilə bilər”,- deyə o əlavə edib.

***

Xatırladaq ki, Qırğızıstan –Tacikistan sərhədində ilk qarşıdurma ilin əvvəlində baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qırğızıstan tərəfinin məlumatına görə, atışma Tacikistan sərhədçiləri tərəfindən həyata keçirilib. Lakin Düşənbə bununla razılaşmır və toqquşmanın onların vətəndaşlarının avtomobillərinə hücumla törədildiyini bildirirdi.

 İki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəlinsə də münaqişə bitmir...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN