Vətəndaşların İsrailə repatriasiyası ilə məşğul olan Soxnut agentliyinin ləğvi məsələsi ilə məşğul olmalı olan iclasdan əvvəl Moskvanın Basmannı məhkəməsindən orada olanların hamısı təxliyə edilib.

Tezadlar.az REN TV-yə istinadən xəbər verir ki, evakuasiyaya səbəb partlayış təhlükəsi ilə bağlı mesaj olub.

Qeyd edək ki, iclas bir neçə dəfə təxirə salınıb. İddia üzrə ilk məhkəmə iclası iyulun 28-nə təyin edilib. Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Soxnutun ləğvi üçün Basmannı məhkəməsinə iddia qaldırıb.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov yəhudi agentliyi ilə bağlı vəziyyəti siyasiləşdirməməyi və Rusiya-İsrail münasibətlərinin bütün kompleksini onun üzərinə proyeksiya etməyi məsləhət görüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN