Almaniyanın şimalında naməlum şəxslər ukraynalı qaçqınlar üçün sığınacağı yandırıblar. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Bu barədə "Bild" məlumat yayıb.

Bildirilir ki, yanğın oktyabrın 19-da yerli vaxtla saat 21:20 radələrində Schäferbek otel kompleksinin əsas binasının xarici divarından başlayıb. Yanğın binanın damına çatıb və nəticədə yanğın başlayıb.

“Bu günə qədər evin 14 sakininin hamısı obyekti tərk edib. Üç işçiyə heç nə olmayıb”, - deyə yerli hakimiyyət nümayəndəsi bildirib.

Nəşrin məlumatına görə, polis bunun qəsdən törədilmiş yanğın olduğunu deyir. Hadisədən bir gün əvvəl naməlum şəxslərin binanın girişində svastika çəkdiyi də məlumdur.

Bundan əvvəl Almaniyanın Əmək Nazirliyinin rəhbəri Hubertus Heil ukraynalı qaçqınlara güzəştlərin verilməsinə çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN