Rusiya prezidenti Vladimir Putin Rosturizmin ləğvi haqqında fərman imzalayıb.

Sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Fərmanın mətnində qeyd olunur ki, Rosturizmin funksiyaları Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə veriləcək.

"Turizm və turizm fəaliyyəti sahəsində dövlət idarəçiliyini təkmilləşdirmək, turizm sənayesinin inkişafının səmərəliliyini artırmaq və federal hökumət orqanlarının strukturunu optimallaşdırmaq məqsədilə Turizm üzrə Federal Agentliyin ləğv edilməsi barədə qərar qəbul edirəm", - prezidentin fərmanında deyilir.

Rusiya Federasiyasının Nazirlər Kabinetinə “Rosturizm”in ləğvi ilə əlaqədar ləğvetmə prosedurlarının aparılmasını təmin etmək, nazirliyə verilmiş departamentin funksiyalarının davamlı şəkildə həyata keçirilməsini təmin etmək, təşkilati məsələlərin həllini təmin etmək tapşırılıb.

Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi 2018-ci ilin payızından “Rosturizm”in fəaliyyətinə nəzarət edir. Buna qədər şöbə Mədəniyyət Nazirliyinin tabeliyində olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN