Məhkəmə Pyatiqorskda terror aktı hazırlayan “İslam dövləti”nin (Rusiyada qadağan olunmuş terror təşkilatı) tərəfdarlarını həbs edib.

Bu barədə Stavropol vilayət məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə iki nəfər həbs edilib. Onlar təxminən bir aya yaxın həbsdə olacaqlar.

“İki nəfər barəsində dekabrın 20-dək həbs qətimkan tədbiri seçilib”, - məhkəmədən bildiriblər.

Həmin gün səhər saatlarında polis idarəsini partlatmağa hazırlaşan terrorçuların tərəfdarları FSB tərəfindən saxlanılıb.

Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxslərdən partlayıcı qurğunun komponentləri və bomba yığma sxemini də götürüblər. Bundan əlavə, onlar kuratorlarla yazışmalar və terror təşkilatının simvolları olan əşyalar aşkar ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN