Ukrayna yaraqlıları hər gün Xerson istiqamətində yüzlərlə adamını itirir.

Bu barədə oktyabrın 24-də vilayət qubernatorunun müavini Kirill Stremousov məlumat verib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri ağır itkilərə görə artıq Xerson vilayətində döyüşə çıxmaq istəmirlər.

"Ukrayna birləşmələri döyüşə girmək istəmir, çünki daimi olaraq həm muzdlular, həm də yüzlərlə ukraynalı döyüşçü ölür. Gündə 200 adam öldürülür", - Stremousov Birinci Kanalda deyib.

O, həmçinin əlavə edib ki, ukraynalı yaraqlıların əhval-ruhiyyəsi çox aşağı düşüb. Ona görə də döyüşə girib top atəşi təşkil etmək istəmirlər.

Kiyev nəyin bahasına olursa-olsun Xersonu almağa çalışır və yüzlərlə yaraqlını döyüşə cəlb edir, bu da mühüm mülki infrastruktura, o cümlədən Kaxovka su elektrik stansiyasına ziyan vurur. İndi mülki şəxslərə gərginlik zonasını tərk etməyə kömək edilir, bundan sonra Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinə güclü cavab verəcək.

Bundan əlavə, səhər saatlarında Ukraynanın üç HIMARS raketi Kaxovskaya SES-ə düşüb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN