2022-ci ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəməkdən yayınma,

xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edilməsi, yeni nəsil nəzarət-kassa aparatlarına aid çeklərin satışını həyata keçirərək yalançı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla külli miqdarda gəlir əldə edilməsi, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, aksiz markaları ilə markalanmalı olan məhsulların (malları), belə marka olmadan satılması və fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədilə əldə edilməsi istisna olmaqla, satış məqsədilə saxlanılması, idxalı, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı, saxta aksiz markalarının hazırlanması, əldə edilməsi, saxlanılması, satılması, habelə aksiz markası ilə markalanmalı olan məhsulların (malları) saxta aksiz markaları ilə markalanması, saxlanılması və ya satılması faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəmi 435 cinayət işi başlanılıb.

İstintaqı tamamlanmış 132 cinayət işindən 62 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyindən, həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri də nəzərə alınmaqla dövlət büdcəsinə ümumilikdə 11,9 milyon manat ödənilib.

 

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN