Rusiya xüsusi xidmət orqanları Milli Qvardiyanın iştirakı ilə Luqansk Xalq Respublikasında (LXR) Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ilə əlbir olan 20-dən çox şəxsi saxlayıb.

Bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

“Rusiya xüsusi xidmət orqanları Rusiya Qvardiyasının güclü dəstəyi ilə UTX-nin əlaltılarının zərərsizləşdirilməsi üçün növbəti dəfə genişmiqyaslı əməliyyat və döyüş tədbirləri kompleksi həyata keçirib. Operativ məlumatlara görə, Ukraynanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda iştirak edən 20-dən çox adam saxlanılıb”, - agentliyin mənbəsi deyir.

Bildirilib ki, UTX ilə əməkdaşlığa cəlb olunanlar bölgənin rayonlarında keçirilən xüsusi hərbi əməliyyat zamanı saxlanılıb.

Bundan əvvəl Rusiya Qvardiyasının bölmələrindən birinin zabiti Xerson və Zaporojye vilayətlərində UTX, Ukrayna Silahlı Qüvvələri və millətçi təşkilatların 90 şərikinin saxlanılması barədə məlumat vermişdi. Onlar həmçinin iki böyük silah və sursat anbarını aşkar edərək götürüblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN