Amerikalı liberal iqtisadçı Ceffri Saks Portuqaliyanın RTP telekanalına müsahibəsində Avropanı Ukraynanı “yeni Əfqanıstan”a çevirmək istəmədiyi təqdirdə Rusiyaya münasibətini dəyişməyə çağırıb.

Qeyd edək ki, Saks SSRİ və Rusiya prezidentləri Mixail Qorbaçovun - Boris Yeltsinin müşaviri, həmçinin BMT-nin katibi olub.

O qeyd edib ki, Amerika yaxın tarix boyu - Vyetnam, Kamboca, Nikaraqua, İraq, Əfqanıstan, Suriya və Liviyada müharibələr aparıb. Avropadan fərqli olaraq.

"Avropa diplomatiya çempionu idi. Amma indi o, yalnız Amerika xəttini tutur: biz Putini məğlub etməliyik! Biz danışıqlar aparmırıq! Və sair. Bu yanaşma Aİ üçün çox təhlükəlidir. Avropa ön sıralardadır və bütün bunlardan ağır zərbə ala bilər”, - Saks bildirib.

O əlavə edib ki, Avropa dövlətlərin diktə etdiyi yolla getməklə səhvə yol verib. Saks qeyd edib ki, o, münaqişənin hər iki tərəfinin - Rusiya və Qərbin fikirlərini öyrənir. O, Qərbdə deyilənlərin hamısını həqiqət kimi qəbul etmir və Rusiyanın bütün dediklərini təbliğat hesab etmir.

"Müxtəlif fikirlər var və diplomatiya son dərəcə vacibdir. Amma mən indi yüksək rütbəli avropalı məmurlarla danışanda deyirlər: "Putinlə diplomatiya yoxdur!" - iqtisadçı paylaşıb.

Onun fikrincə, bu, “dəhşətli perspektiv”dir, çünki yaranmış problemləri danışıqlar masası arxasında həll etmək olar, lakin Avropa və ABŞ belə bir həllə can atmır.

"Və ukraynalıların və amerikalıların indiki ideyası belədir: gəlin Putini məğlub edək. Məncə, bu, Ukraynanı xilas edəcək resept deyil və açığı, bu, bütün dünyanı təhdid edən reseptdir", - ekspert hesab edir.

Noyabrın 4-də Macarıstanın ədliyyə naziri Judit Varqa bildirib ki, Aİ Ukraynadakı yerli münaqişədən qlobal problemi şişirdib. Oktyabrın 31-də Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının Ukrayna ilə danışıqlara hazır olduğunu və mövqeyini dəyişməyəcəyini vurğulayıb.

Oktyabrın 30-da Kreml bəyan edib ki, Ukrayna ilə bağlı danışıqlar ilk növbədə Vaşinqtonla aparılmalıdır, çünki Kiyev öz hərəkətlərində “kənardan gələn əmrlərə” əməl edir.

Avqustun 5-də Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski qeyd edib ki, Ukrayna ciddi dialoq aparmaq istəmir. O qeyd edib ki, Ukrayna tərəfi “ciddi danışıqlarda masaya qoyula bilməyən” tələblər irəli sürür.

Sentyabrın 15-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov xatırladıb ki, Rusiya Kiyevlə danışıqlar prosesinə açıqdır. Nazir Ukraynanın özünün danışıqlara getmədiyinə diqqət çəkib və bu, onun fikrincə, gələcəkdə vəziyyəti çətinləşdirəcək.

Oktyabrın 19-da Təhlükəsizlik Şurasının iclasında Rusiya prezidenti Vladimir Putin Kiyev rejiminin danışıqlarla bağlı hər hansı təklifdən imtina etdiyini bildirib. Əvəzində, Ukrayna hakimiyyəti mülki əhalinin ölümü ilə nəticələnən atəşə davam edir.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN