Bu gün dekabrın 19-da səhər saatlarında Kiyevin infrastruktur obyektlərində partlayış səsləri eşidilib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, mütəxəssislər istilik və elektrik enerjisinin verilişinin bərpası üzərində işləyirlər. Belə ki, bu gün Ukraynanın paytaxtında hava həyəcanı elan edilib. Kiyevin Solomenski və Şevçenkovski rayonlarında partlayışlar baş verib. Bu barədə yerli vaxtla saat 7:00 radələrində şəhərin meri Vitali Kliçko Telegram-da məlumat verib. Zərərçəkənlər barədə məlumat yoxdur. Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko isə bildirib ki, Kiyev səmasında 15 pilotsuz uçuş aparatı vurulub. Onun sözlərinə görə, ümumilikdə 20 PUA buraxılıb, atışma nəticəsində bəzi infrastruktura ziyan dəyib. 
Dekabrın 19-na keçən gecə hava həyəcanı siqnalı Ukraynanın Dnepropetrovsk, Kirovoqrad, Nikolayev və Vinnitsa vilayətlərində də olub. Rusiya oktyabr ayından Ukraynanın kritik infrastrukturuna kütləvi zərbələri bərpa edib. Dekabrın 16-da “Ukrenerqo” elektrik enerjisinin kəsilməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Şirkət ölkənin enerji sistemində əhəmiyyətli kəsir olduğunu bildirib. Hava hücumu təhlükəsi isə qalmaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN