ABŞ prezidenti Co Bayden "təhlükəsizlik məqsədilə" Ukraynanın paytaxtına səfər etməyi planlaşdırmır.

Bu barədə “Politico” Ağ Evin yüksək rütbəli məmurlarına istinadən xəbər verir.

Qəzet həmsöhbətlərindən sitat gətirir: "İndi Baydenin Kiyevə səfər planlarından söhbət getmir. Əsas səbəb təhlükəsizlik riskləridir".

Daha əvvəl bildirilmişdi ki, Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan noyabrın əvvəlində Kiyevə səfər edib, lakin səfər qeyri-rəsmi olub. KİV-in məlumatına görə, Amerika rəsmisi yerli hakimiyyət orqanları ilə görüşüb.

Xatırladaq ki, oktyabrın 25-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer NWO başlayandan bəri ilk dəfə Ukrayna paytaxtına səfər edib. Bir həftə əvvəl o, eyni "təhlükəsizlik səbəbi ilə" səfərini ləğv etdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN