Ukraynaya yenidən hərbi dəstək verilməsi istənilir...

Estoniyanın baş naziri Kaja Kallas Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb.

Bu barədə o,“Twitter” səhifəsində yazıb.

Kallas yazıb: "Rusiya dünyanı sülhə sadiq olduğuna inandırmaq istəsə də, əslində ukraynalılara qarşı kütləvi hərbi cinayətlərini davam etdirir. Sülhə gedən yol -Ukraynaya qalib gəlməyə kömək etmək və hərbi yardımı artırmaqdır".

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının son məlumatına görə, Rusiya dekabrın 29-da ümumilikdə 69 raket atıb. Onlardan 54-ü Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən məhv edilib.

***

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Rusiyanın Ukraynaya hücumundan dərhal sonra Qərb, Aİ Rusiyanı geri çəkilməyə məcbur etmək üçün 9 ağır sanksiyalar paketini işə salıb. Hələki bu sanksiyalar paketləri də işə yaramayıb.

Həmçinin ərəflərin nümayəndə heyətinin bir neçə dəfə görüşməsinə baxmayaraq, indiyədək sülhə nail olunmayıb, hələ də günahsız insanların qanı axıdılır və şəhərlər tar-mar edilərək insanlar müflisləşir.

Halbuki bütün müharibələr sonda danışıqlar masasında həll olunur və bunu tezləşdirmək ən doğru addım olardı...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN