Fransa və Belçikada Rusiya KİV-lərinin yayımına qoyulan qadağalar bu dövlətlərin vətəndaşlarının Ukrayna münaqişəsinə alternativ baxış bucağı görəcəyi qorxusundan irəli gəlir.

Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

Onun sözlərinə görə, bu cür qadağalar Avropa vətəndaşlarını informasiya əldə etmək hüququndan məhrum edir.

“Göründüyü kimi, Paris və Brüsseldə Qərb mediasının əsas axınına uyğun gəlməyən dünyanın fərqli nöqteyi-nəzərini və mənzərəsini görən tamaşaçıların dünyada və xüsusən də Ukraynada bu gün baş verənlərdən öz nəticələrini çıxaracağından qorxurlar”, - Zaxarova bildirib.

O qeyd edib ki, Paris bu cür qadağaların əsas təşəbbüskarı olub və Fransa Aİ-yə ciddi təsir göstərir.

Zaxarovanın sözlərinə görə, Rusiya mediasının “ovu” uzun müddətdir ki, davam edir və açıq-aşkar ayrı-seçkilik xarakteri daşıyır. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, “demokratikləşmə doktrinası” yalnız xarici siyasət məqsədlərinə çatmaq üçün bir vasitədir.

Bundan əvvəl Zaxarova qeyd edib ki, son bir il ərzində Qərbdə Rusiyanın 40-dan çox media resursu bloklanıb və ya efirdən kənarlaşdırılıb. Onun sözlərinə görə, Rusiya Federasiyasından olan etirazçı jurnalistlər xüsusi xidmət orqanlarının təzyiqinə, cinayət təqibinə və hətta fiziki zorakılığa məruz qalırlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN