Litva Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının litvalı diplomatı Moskvadan qovmaq qərarını şərh edib.

Bu barədə  Delfi portalı yazır.

“Litva Respublikasının Xarici İşlər Nazirliyi diplomatın  Litvanın Moskvadakı səfirliyindən çıxarılmasını (arzuolunmaz şəxs elan edilməsi) Litvaya qarşı düşmənçilik addımı kimi qiymətləndirir və eyni zamanda,  qeyd edir ki, dekabrın 1-də il Litva Rusiyanın Vilnüsdəki səfirliyindən   fəaliyyəti diplomat statusu ilə bir araya sığmayan Rusiya xüsusi xidmət orqanlarının nümayəndəsini ölkədən çıxarıb (arzuolunmaz şəxs elan edib) , - Litva Xarici İşlər Nazirliyi bildirib.

Qeyd edək ki, dekabrın 28-də Litvanın Rusiyadakı müvəqqəti işlər vəkili Yurqita Tsibulskiene Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.  Rusiya X İN-nin məlumatına görə, dekabrın-1-də Rusiya Xarici İşlər Nazirliyinin  Vilnüsdəki səfirliyindəki  bir əməkdaşının ölkədən çıxarılması ilə bağlı ona etiraz edilib.

 Buna cavab olaraq,  Litva səfirliyinin diplomatlarından biri persona non-qrata elan edilib və o, 5 gün ərzində Rusiya Federasiyasının ərazisini tərk etməlidir.

Xatırladaq ki, dekabrın 1-də Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Rusiyanın Litvadakı səfirliyinin  əməkdaşının diplomatik statusla bir araya sığmayan fəaliyyətinə görə “persona non qrata” kimi tanınması barədə nota təqdim edilib. Rusiya səfirliyinin əməkdaşına  da 5  gün ərzində Litvanı tərk etmək əmri verilmişdi...

Onu da qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bir çox ölkələr ona qarşı əks mövqe sərgiləyiblər, sanksiyalar paketinə qoşulublar  və münasibətlər yetəri qədər pisləşib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN