Çin lideri Si Tsinpin Rusiya prezidenti Vladimir Putinlə söhbəti zamanı Ukraynada müharibəyə son qoymaq üçün sülh danışıqlarına gedən yolun asan olmayacağını bildirib.

"Çin tərəfi qeyd edib ki, Rusiya tərəfi münaqişənin diplomatik danışıqlar yolu ilə həllindən heç vaxt imtina etmədiyini bildirib və buna görə minnətdarlıq edib", - Çinin dövlət televiziyası CCTV Si Tsinpindən sitat gətirib.

Çin prezidenti həmçinin bildirib ki, ÇXR və Rusiya Federasiyası öz hərəkətlərini yaxından əlaqələndirməli və beynəlxalq sferada əməkdaşlıq etməlidir.

Bildirilir ki,  Putin Rusiya televiziyasına verdiyi şərhdə Çinlə hərbi tərəfdaşlığı inkişaf etdirmək istədiyini açıqlayıb. Eyni zamanda, ÇXR-dən verilən açıqlamalarda bu barədə heç nə qeyd olunmayıb.

Çin Rusiyanın beynəlxalq tərəfdaşlarından biri olaraq qalır. Lakin Ukrayna ilə müharibədə bir çox dövlətlər kimi neytral mövqe tutur.

Çinin Avropa İttifaqındakı səfiri Fu Tsun deyib ki, Ukraynadakı müharibə Çini “çox çətin siyasi vəziyyətə salıb” , Avropa ilə münasibətləri gərginləşdirib.

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev ötən həftə Si Tsinpinlə görüşüb. Sonuncu müharibənin diplomatik yolla həllinə ehtiyac olduğunu bəyan edib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN