Gürcüstan parlamentinin deputatlarının il ərzində maaşlarından 80 min lari (50350.80 AZN) kəsiblər.

Buna səbəb isə parlamentin iclaslarında iştirak etməmələridir.

Gürcüstan parlamentin sədri Şalva Papuaşvili vurğulayıb ki, həmin pulun böyük hissəsi, yəni 60 min larisi (37763.10 AZN) müxalifətçi deputatların payına düşüb.

Bildirilib ki,  deputatları ən çox üzrlü səbəb olmadan iclasları buraxır.

Papuaşvili qeyd edib ki, parlament maaşlardan tutulan məbləğləri xeyriyyə işlərinə xərcləyəcək.

Elə ölkəmizdə də nəinki Milli Məclisin bəzi iclaslarını buraxan, hətta, adı olub, özü olmayan, aylarla gözə dəyməyən deputatlar olub...

Yəqin ki, cərimə metodunu bizdə də tətbiq etmək olar. Bəlkə maaşlarının bəlli bir qismini itirmək qorxusuna iclaslarda iştirak edərlər...

Y.MƏMMƏDLİ  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN