17 min əsgər və zabit dindirilib

Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kyaramyanın bu gün verdiyi açıqlamaya görə, Ermənistan ordusunun darmadağın edilməsi və Qarabağ müharibəsindəki məğlubiyyət işi üzrə 17 min əsgər və zabit dindirilib.

Onun sözlərinə görə, iş ilə bağlı cəmi 70 zabitə qarşı ittiham irəli sürülüb. Qarabağ müharibəsində Ermənistanın kapitulyasiyası ilə bağlı hələ bir iş də yekunlaşmayıb və bir dənə də olsun hökm yoxdur. Kyaramyan istintaqın yubadılması ilə bağlı ittihamları rədd edib.

Kyaramyan qeyd edib ki, bu mövzuda 1600 cinayət işi başlanıb, 160 iş üzrə istintaq hərəkətləri yekunlaşıb:

"Hazırda təfərrüatlı araşdırma gedir, istintaq prosesində çox geniş əhatə dairəsini əhatə etmişik. Bu tam araşdırma cəmiyyətdə heç bir sual qalmaması məqsədilə edilir. Bunun miqyasını anlamaq üçün təhqiqatın diviziyadan rotayadək, korpusdan tutmuş tağıma qədər əhatə etdiyini söyləmək kifayətdir”, -deyə bildirib.

ER İstintaq Komitəsinin sədri diqqətə çatdırıb ki, müstəntiqlər Qarabağ müharibəsində Ermənistan ordusunun  darmadağın edilməsinin səbəblərini və şərtlərini üzə çıxarmaq, buna görə məsuliyyət daşıyanları tapmaq istəyirlər.

Qeyd edək ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan SQ-ni darmadağın etdi. Düşmən həmin günlər ərzində 30 il işğalda saxladığı ərazilərimizdən məhv edilərək çıxarılırdı. Artıq ordumuza dirəniş göstərə bilməyən işğalçı ordu və ölkə kapitulyasiyaya getmək məcburiyyətində qaldı. Və beləliklə, 2020-ci il noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına qol çəkdi. Bu akta görə, Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı. Və hələ də işğalçı ölkə niyə məğlubiyyətə uğradıqlarını, niyə döyüşə bilmədiklərinin səbəbini araşdırmaqla məşğuldur...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN