TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Çelyabinsk vilayətində dəmir yolunda təxribatı dayandırıb və üç diversantı cinayət başında yaxalayıb.

Üç nəfər Cənubi Ural Dəmiryolunun dəmiryol stansiyalarından birində dartma yarımstansiyasını sıradan çıxarmağa cəhd edib.

"Cinayət yerindən bir qutu benzin, bir qaz balonu, ocaq və digər əşyalar götürülüb", - mənbə bildirib.

Saxlanılan şəxslər barəsində təxribata cəhd maddəsi ilə cinayət işi başlanıb. Həmin şəxslər iki ay müddətinə həbs olunublar. Regional FTX təxribatın qarşısının alındığını təsdiqləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN