Ukrayna bu ilin sentyabrında Yeni Dehlidə keçiriləcək G20 sammitinə dəvət olunan ölkələr sırasında yoxdur.

Bunu cümə axşamı keçirilən brifinqdə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Bağçi deyib.

"Zirvəyə hələ vaxt var. G20-yə üzv olan ölkələr, eləcə də hansı ölkələrin [zirvə toplantısına] dəvət olunduğunu açıqladıq. Onların arasında Ukraynanın olduğunu düşünmürəm", - Bağçı deyib.

Hindistanın G20-yə sədrliyi ötən il dekabrın 1-də başlayıb. G20 təşkilat komitəsinin daha əvvəl məlumat verdiyi kimi, assosiasiyanın dövlət və hökumət başçılarının 18-ci sammiti 9-10 sentyabr 2023-cü il tarixlərində Yeni Dehlidə keçiriləcək. G20-yə üzv ölkələrin liderləri ilə yanaşı, daha doqquz ölkənin - Banqladeş, Misir, Mavrikiy, Hollandiya, Nigeriya, Oman, Sinqapur, İspaniya və Birləşmiş Ərəb Əmirliklərinin liderləri ona dəvət olunub.

Rusiya prezidentinin (Şerpa) G20-dəki nümayəndəsi Svetlana Lukaşın TASS-a verdiyi məlumata görə, Vladimir Putinin 2023-cü ilin sentyabrında Yeni Dehlidə keçiriləcək G20 sammitində iştirak etmək üçün hər cür şans var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN