Parisdə yerləşən “Geopragma” analitik mərkəzinin rəhbəri Karolin Qalakteros TASS-a bildirib ki, Qərb ölkələri Ukraynada mövcud nasist əhval-ruhiyyəsinə məhəl qoymur.

“Təəssüf ki, Avropada onlar Ukraynada nasist əhval-ruhiyyəsinin mövcudluğuna və Rus Pravoslav Kilsəsinin təqiblərinə göz yumurlar, çünki bunu Rusiyaya qarşı müxalifətdən daha az vacib hesab edirlər”, - o deyib.

K.Qalakteros əlavə edib ki, indiki şəraitdə az adam Kiyev hakimiyyətini ayıq şəkildə qiymətləndirməyə və onların ukraynalıların əksəriyyətini təmsil etmədiklərini və “şübhəli ideoloji meyllərə” malik olduqlarını etiraf etməyə hazırdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN