“Fransız nəşrinin dini və siyasi hakimiyyətə qarşı karikaturalar dərc edən təhqiredici və ədəbsiz hərəkəti təsirli və qəti cavabsız qalmayacaq”.

***

İran Fransa səfirini ölkənin ali dini lideri Ayətullah Əli Xamneyinin karikaturalarının “Charlie Hebdo” satirik jurnalında dərc olunması ilə əlaqədar çağırıb.

Bu barədə “The Guardian” yazıb.

Qeyd edək ki, həftəlik dərgi  ötən ilin sentyabrında İranda başlayan etiraz hərəkatını dəstəkləmək üçün dekabr ayında başlatdığı müsabiqə çərçivəsində İslam Respublikasının ali dini və siyasi xadimini ələ salan onlarla karikatura dərc edib.

Daha sonra İran Xarici İşlər Nazirliyi Fransa səfiri Nikolya Roşanı çağırdığını bildirib.

"Fransanın ifadə azadlığı bəhanəsi ilə digər müsəlman ölkələrinin və xalqlarının müqəddəslərini təhqir etməyə haqqı yoxdur. İran Fransa nəşrinin qəbuledilməz davranışını pisləmək üçün Fransa hökumətindən izahat və kompensasiya tədbirləri gözləyir", - Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian “Twitter” səhifəsində yazıb: “Fransız nəşrinin dini və siyasi hakimiyyətə qarşı karikaturalar dərc edən təhqiredici və ədəbsiz hərəkəti təsirli və qəti cavabsız qalmayacaq”.

Və əlavə edib ki, biz Fransa hökumətinin icazə veriləndən kənara çıxmasına imkan verməyəcəyik:” Onlar açıq şəkildə yanlış yolu seçiblər”.

Qeyd edək ki, bu gün Azərbaycan Mətbuat Şurası da Fransanın “Charlie Hebdo” satirik jurnalının təfriqəçi mövqeyini pisləyən bəyanat yayıb. Buna səbəb isə “Charlie Hebdo”nun 2023-cü ildəki ilk sayında yayımlanmış “Pantürkizm yenə erməni meyitləri üzərində möhkəmlənmək istəyir” sərlövhəli yazısı olub.

Bəyanatda”... Ümumən İslam dünyasına münasibətdə əvvəllər də qərəzli, təfriqəçi, həqarət dolu baxışları ilə seçilmiş “Charlie Hebdo”nun qeyri-peşəkar təqdimat tərzini davam etdirməsi təəssüf doğurmaqdadır. İndiki halda nəşrin reallıqları və həqiqətləri nəzərə almaması, manipulyativ mahiyyət daşıyan dəst-xətti peşəkar jurnalistika prinsiplərinə meydan oxumaqdır”, -deyə qeyd edilib.

Şura Fransa hakimiyyətini, cəmiyyətini, həmçinin, bütövlükdə, Avropanın mütərəqqi ictimaiyyətini bu dərginin həm mənəvi, həm də hüquqi baxımdan yolverilməz sayılan fəaliyyət tərzinə biganə qalmamağa, belə meyillərə qarşı yerli qanunlarla və beynəlxalq hüquq normaları ilə müəyyənləşmiş qaydada tədbirlər həyata keçirilməsinə baxmağa çağırıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN