Rusiya və Belarus qoşunlarının birgə qruplaşması Birlik Dövlətini müdafiə etməyə hazırdır.

Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Oktyabrın 10-da Rusiya və Belarus iki ölkənin hərbçilərinin daxil olduğu regional qoşun qruplaşması yaratmağa başladılar. Bir həftə sonra o, Birlik Dövlətini qorumaq üçün tapşırıqları yerinə yetirməyə başladı. Oktyabrın 22-də birləşmələr Belarus ərazisində döyüş koordinasiyasına başlayıb.

Belarus prezidenti Aleksandr Lukaşenko qrupun yaradılmasını İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə izah edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN