ABŞ Dövlət Departamenti Türkiyənin rəsmi sənədlərdə respublikanın adının dəyişdirilməsi ilə bağlı rəsmi müraciətini təmin edib.

İndi Dövlət Departamentinin rəsmi sənədlərində ənənəvi ingiliscə “Turkey” adı əvəzinə, Türkiye (Türkiyə) sözü işlədiləcək. Bildiyimiz kimi, qardaş ölkənin adı türkcə belə tələffüz olunur.

“Təsdiq edə bilərəm ki, Türkiyə səfirliyi rəsmi sənədlərimizdə bu orfoqrafiyadan istifadə etməyimizi xahiş edib”, - ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

O, əlavə edib ki, dəyişiklik ABŞ federal hökumətinin yer adlarının orfoqrafiyasının standartlaşdırılmasına cavabdeh olan təyin edilmiş orqanı tərəfindən təsdiqlənib. "Bu, nəhayət bu gün səhər təsdiqləndi və bu səhər praktikada tətbiq edildi" - deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti respublikanın adının yeni yazılışından əksər hallarda rəsmi diplomatik kontekstdə və ikitərəfli ünsiyyətdə, o cümlədən ictimaiyyətə göndərilən mesajlarda istifadə edəcək.

 "Lakin ümumi ad, geniş ictimaiyyət arasında daha yaxşı anlaşmaya kömək edərsə, istifadə edilə bilər",- Prays əlavə edib.

Qeyd edək ki, ingilis dilində Türkiyənin adının “Turkey” kimi qeyd edilməsi məna baxımından həm qəribə səslənirdi, həm də vətəndaşları narahat edirdi. Və bununla bağlı Türkiyə hökuməti ötən ilin iyununda BMT-yə müraciət ünvanlamışdı.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN