Litva prezidenti Gitanas Nauseda və Polşa prezidenti Anjey Duda heç bir açıqlama vermədən Ukraynaya gəliblər və artıq Lvovda prezident Volodimir Zelenski ilə görüşüblər.

Litvanın ictimai yayımı olan LRT-nin məlumatına görə, bu səfər barədə məlumatı Litvanın fəxri konsulu Yaroslav Viznyak elan edib.

“Bu gün prezident Gitanas Nauseda Polşa və Ukraynada, daha doğrusu Lvovdadır... Bu, işgüzar səfərdir və səfər zamanı liderlər Ukraynadakı vəziyyəti müzakirə edəcəklər”, - deyə o bildirib.

Demək olar ki, bundan dərhal sonra Dudanın ofisi açıq elan etdi ki, Polşa prezidenti Lvovdadır və prezidentlər “Lublin üçbucağı”nın görüşünü keçirirlər. Bundan əlavə, ilk fotoşəkilləri də Gitanas Nauseda paylaşdı.

Ehtimal ounur ki, liderlərin səfər təhlükəsizlik baxımından əvvəlcədən elan olunmayıb.

***

Qeyd edək ki, Ukrayna, Litva və Polşa prezidentləri “Lublin üçbucağı”nın ikinci sammitinin bəyannaməsini imzalayıblar.

Sənədin qısa tərcüməsini Ukrayna Prezidentinin İşlər İdarəsi dərc edib.

Həmin sənəddə Ukrayna, Litva və Polşa arasında çoxəsrlik tarixi əlaqələri qeyd edilir, “Lublin üçbucağı” əməkdaşlığının prioritet istiqamətlərini, xüsusən də Ukraynanın Aİ və NATO-ya üzvlüklə bağlı strateji kursunu müəyyənləşdirir.

Litva və Polşa Ukraynanın “şərtlər imkan verən kimi” Aİ və NATO-ya üzvlük perspektivini dəstəklədiklərini və özünü Rusiyanın təcavüzündən qoruyan Ukraynaya hərtərəfli dəstəyini davam etdirmək niyyətində olduqlarını bildirirlər.

Prezidentlər prezident Volodimir Zelenskinin təqdim etdiyi sülh planına beynəlxalq dəstəyi birləşdirmək üçün Qlobal Sülh Formula Sammitinin çağırılmasının tərəfdarıdırlar.

Onlar, həmçinin Rusiyanın Ukraynaya təcavüzü cinayəti üzrə xüsusi beynəlxalq tribunalın yaradılmasına dəstəyini təsdiqləyirlər.

Eyni zamanda, Qara Dəniz Taxıl Təşəbbüsünün Ukraynanın digər dəniz limanlarına da genişləndirilməsinin və qlobal ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün “Ukraynadan taxıl” proqramının davam etdirilməsinin vacibliyini də xatırladırlar.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN