Ermənilərin  Qarabağdakı həyasızlığına və faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Şuşa yolunda keçirilən etiraz aksiyası 32-ci gündür davam edir...

Şuşaya və bu bölgəyə qar yağmağına və havaların şaxtalı olmasına baxmayaraq, aksiya ötən gecə boyu da davam edib. Etirazçılar gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, onlar bu səhər də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Tələblər isə olduğu kimi qalmaqdadır. Aksiyaçılar monitorinq qrupunun ermənilərin qanunsuz olaraq qazıntılar ərazisinə maneəsiz daxil olmasını tələb edirlər. Rusiya sülhməramlı kontingentin rəhbərliyi isə hələki prosesi seyr edir, susmağında israrlıdır. Etirazçı ekofəallar da aksiyalarında israrlıdır...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN