Böyük Britaniyanın baş naziri Rişi Sunak İslam Respublikasının keçmiş müdafiə nazirinin keçmiş müşaviri Əlireza Əkbərinin korrupsiya və casusluqda şübhəli bilinən edamını ən sərt qınaqlara layiq vəhşilik adlandırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bu gün İran İslam Respublikasının keçmiş müdafiə naziri Əli Şamxaninin müşaviri olmuş, 1997-2005-ci illərdə xidmət etmiş Britaniya-İran vətəndaşı Əlireza Əkbəri asılaraq edam edilib. İran hakimiyyəti keçmiş məmuru Böyük Britaniyanın xeyrinə casusluqda və korrupsiyada təqsirli bilib. Əkbəri bu iddiaları təkzib edib.

Hökmün icrası yanvarın 11-də elan edilib. Britaniya hakimiyyəti İranı bu addımdan əl çəkməyə çağırıb.

R.Sunak Ə.Əkbərinin edam edilməsi xəbərindən şoka düşdüyünü bildirib. “Britaniya-İran vətəndaşı Əlireza Əkbərinin İranda edam edilməsi məni şoka salıb. Bu, öz xalqının insan haqlarına hörmət etməyən barbar rejimin həyata keçirdiyi qəddar və qorxaq bir hərəkətdir. Fikirlərim Əlirezanın dostları və ailəsi ilədir”, - o, tvitində yazıb.

Bundan əvvəl xəbər verilmişdi ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İranı İslam Respublikasının keçmiş müdafiə nazirinin keçmiş müşaviri, həmçinin Britaniya vətəndaşlığı olan Əlireza Əkbərinin edamını ləğv etməyə çağırıb. O, İran hakimiyyətinin qərarını siyasi motivli “insan həyatına tam hörmətsizlik edən barbar rejimin” hərəkəti adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN