Son 24 saat ərzində Rusiya hərbçiləri Donetsk istiqamətində 70-dən çox ukraynalı yaraqlını məhv edib.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.

Əlavə olaraq, bir tank, beş piyada döyüş maşını və dörd maşın məhv edilib.

"Donetsk istiqamətində hücum dəstələri Hava-Desant Qüvvələrinin bölmələri ilə əməkdaşlıqda ordu aviasiyası, Cənub Hərbi Dairəsinin raket qoşunları və artilleriyasının dəstəyi ilə Sol yaşayış məntəqəsi istiqamətində uğur qazanıb", - nazirlik bildirib.

Cənub-Donetsk istiqamətində hərbçilərimiz Donetsk Xalq Respublikasının Vodyanoye, Dobrovolye və Preçistovka yaşayış məntəqələri istiqamətində hərəkət edir.

Xatırladaq ki, yanvarın 13-də Rusiya hərbçilərinin Donetsk Xalq Respublikasının Soledar şəhərini azad etdiyi məlum olub. Bunun böyük strateji əhəmiyyəti var - indi Artemovskda ukraynalı yaraqlıların tədarükü əngəllənib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN