Qazaxıstan hakimiyyəti Rusiyadakı ticarət nümayəndəliyini ləğv etməyə hazırlaşır.

Tezadlar.az xəbər verir ki, bu, Qazaxıstan hökumətinin "Açıq hüquqi aktlar" saytında yerləşdirilən qərar layihəsindən irəli gəlir.

"Qazaxıstan Respublikası Hökuməti qərara alır: "Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyi" dövlət qurumu ləğv edilsin", - sənəddə deyilir.

Layihənin ictimai müzakirəsi fevralın 15-dək davam edəcək.

Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə bu qərardan irəli gələn tədbirləri görmək tapşırılıb.

Yanvarın əvvəlində Qazaxıstan hakimiyyətinin əcnəbilərin qalma müddətinə məhdudiyyət qoyduğu da bildirilirdi. Yeni qaydalara əsasən, Qazaxıstana vizasız gələn əcnəbilər 30 gün ərzində ölkəni tərk etməli olacaqlar. 180 gün ərzində ümumi qalma müddəti 90 gündən çox olmamalıdır.

EAEU ölkələri üçün qaydalar daha yumşaqdır - qalma müddəti giriş tarixindən etibarən 90 günlə məhdudlaşır və ümumilikdə - 180 gün ərzində ölkədə 90 gündən çox qala bilərsiniz.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN