Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Qüvvələrinin Dəniz Piyadaları Korpusunun komandanı, general-leytenant Yuri Sodol rus işğalçılarını qaçmağa və ya ukraynalı müdafiəçilərə təslim olmağa çağırıb.

Tezadlar.az Ukrayna Müdafiə Nazirliyinin saytına istinadla bildirir ki, general deyib: "Rusiya hərbçilərinə ayrıca müraciət edəcəyəm: çox gec olmadan qaçın, evinizə qayıdın və ya təslim olun, əks halda yad torpaqda qara tabut olacaqsınız. Sizdən fərqli olaraq biz nə üçün mübarizə apardığımızı bilirik, biz birik, monolitik”.
General, həmçinin bildirib ki, işğalçılar yeni qüvvə toplayır: “Bu o deməkdir ki, tezliklə yeni minlərlə rus səfərbərliyə qurban olacaq”.
O, daha sonra əlavə edib: "Kreml terrorçuları qanlı planlarından əl çəkməyiblər, qurbanlarını saymırlar, çünki insanlar onlar üçün ancaq meyiddir...".

Müharibə isə davam edir.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN