Avstraliya hökuməti Ukraynaya hərbi müdaxilənin ildönümündə Rusiyaya qarşı yeni sanksiyalar və Ukraynaya yeni hərbi yardım paketi elan edib.

Tezadlar.az Avstraliyanın defenceconnect.com.au elektron nəşrinə istinadla bildirir ki, Avstraliya hökuməti 90 Rusiya vətəndaşlarına qarşı əlavə məqsədyönlü maliyyə sanksiyaları və səyahət qadağaları, 40 təşkilata isə məqsədli maliyyə sanksiyaları tətbiq edib. Yeni sanksiyaların hədəfləri arasında energetika, təbii ehtiyatlar, sənaye, təhsil, əmək, miqrasiya və səhiyyəyə cavabdeh olan Rusiyanın nazirləri var. Sanksiyalara Rusiyanın ən böyük silah istehsalçılarından biri olan “Kalaşnikov” konserni, “Admiralty Shipyards” sualtı qayıqlarının yaradıcısı, Tupolev aviasiya şirkəti, Akademik V.P.Makeyev adına raket konstruktor bürosu və “Kurqanmaşzavod” daxildir.
Avstraliya hökuməti həm də Ukraynaya əlavə pilotsuz uçuş sistemləri verəcəyini açıqlayıb. Bu sistemlər Ukrayna silahlı qüvvələri üçün kəşfiyyat, müşahidə və döyüş meydanında kəşfiyyatı təmin edir. Bundan əlavə, Böyük Britaniyada 200-ə yaxın ukraynalı yeniyetmənin ilk rotasiyası bu gün Avstraliya Müdafiə Qüvvələrinin dəstəyi ilə hərbi təlimləri başa vuracaq. Eləcə də Yeni Zelandiya hökuməti 87 Rusiya vətəndaşına qarşı sanksiyalar elan edib. Belə ki, Yeni Zelandiyanın xarici işlər naziri Nanai Mahuta açıqlamasında "Bu gün biz Rusiyaya qarşı bu günə qədərki ən böyük sanksiyalardan birini elan etdik ki, bu da Yeni Zelandiyanın onun qanunsuz hərəkətlərini kəskin şəkildə pisləməsinin növbəti nümayişidir".

Beləliklə, bu gün Rusiyanın Ukraynaya hücumunun 1 ilidir. Kiyevi 3 günə ələ keçirəcəyini deyən Rusiyanın siyasi və hərbi rəhbərliyi artıq çıxılmaz vəziyyətdədir. Ölkə sanksiyalarla üz-üzə, cəbhədə isə 146,8 min hərbçi itkisi... Bunlar lazım idimi?!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN