Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MKT) Suriyada 2022-ci ilin noyabrında İstanbulda terror aktının təşkilində əli olan şəxsi məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı idarənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Söhbət kəşfiyyat orqanlarının məlumatına görə, 6 nəfərin ölümünə səbəb olan partlayışın hazırlanmasında əsas rol oynayan Xəlil Mencidən gedir. Həmin şəxs Ankaranın terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasının (PKK) himayəsində olub.

Əməliyyat Suriya ilə sərhəddə yerləşən Əl-Qamışlı şəhəri ərazisində həyata keçirilib. Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Qeyd olunan terror aktı 2022-ci il noyabrın 13-də İstanbulun Bəyoğlu səmtinin İstiqlal küçəsində baş verib. Altı nəfər ölüb, üçü rus olmaqla 81 nəfər yaralanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN