Almaniya istehsalı olan ilk “Leopard 2” tankları fevralın 24-də Polşadan Ukraynaya göndəriləcək.

Tezadlar.az xəbər verir ki, bu tarixi Bloomberg jurnalistləri anonim məmura istinad edərək açıqlayıblar.

Polşanın baş naziri Mateuş Moravetskinin Kiyevə səfəri zamanı bu barədə açıqlama verəcəyi iddia edilir.

Daha əvvəl bildirilib ki, Moravetski fevralın 24-də, xüsusi hərbi əməliyyatın başlanmasının ildönümündə Kiyevə gəlib. Qeyd olunub ki, siyasətçi bu səfəri ilə Ukraynanın müdafiəsinə davamlı dəstəyin açıq siqnalını vermək istəyir.

Fevralın 23-də Polşa prezidenti Anjey Dudanın beş ay ərzində Ukraynada gizli missiyada iştirak edən istehkamçıları mükafatlandırdığı bildirilib. Beləliklə, ölkə onun keçirilməsi faktını rəsmən tanıdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN